Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran ABŞ istehsalı silahı daşıyan gəmini saxladı

İran ABŞ istehsalı silahı daşıyan gəmini saxladı

Tarix: 21 Fevral 2023 22:26

İran sərhədçiləri ölkənin cənubunda ABŞ istehsalı olan 5 min ədəd soyuq silah daşıyan gəmini saxlayıblar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın sərhəd qoşunlarının komandanı Əhməd-Əli Qodarzi deyib.

"Buşəhr əyalətində 5 mindən çox ABŞ istehsalı bıçaq və xəncər daşıyan gəmi saxlanılıb", - o bildirib.

Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə gətirilən silahlar ölkədə iğtişaş törədən radikallar üçün nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  İran ABŞ istehsalı silahı daşıyan gəmini saxladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ