Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adına saxta TikTok açıb, pul yığdılar

Adına saxta TikTok açıb, pul yığdılar

Tarix: 22 Fevral 2023 12:25

Türk aktyor Oktay Kaynarcanın adına saxta TikTok hesabı açılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, izləyiciləri aldadaraq, insanlardan yardım adı ilə pul toplamağa çalışan bu hesabı şikayət edib.

"TikTokda mənim adıma səhifə açıb, ianə toplamaq bəhanəsi ilə aldatmağa çalışan bir vicdansız var. Xahiş edirəm, belə hesablara və insanlara pul atmayın. Bu vicdansızlara qarşı cinayət işi açılıb. Ümid edirəm ki, onları qarşımda görərəm...", - deyə, Kaynarca vurğulayıb.

Milli.Az


Etiketlər:  Adına saxta TikTok açıb pul yığdılar


RƏYLƏR