Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Münasibətimizə üçüncü şəxsin müdaxiləsi olmayıb''

''Münasibətimizə üçüncü şəxsin müdaxiləsi olmayıb''

Tarix: 22 Fevral 2023 17:20

Xəbər verdiyimiz kimi, amerikalı aktrisa-model Meqan Foks məşhur reper nişanlısı Kolson Beykerdən (Machine Gun Kelly) ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ilk dəfə sevgilisinin xəyanəti ilə bağlı xəbərlərə münasibət bildirib. O, sosial şəbəkədə paylaşım edərək yazılanların doğru olmadığını bildirib:

"Münasibətimizə üçüncü şəxsin müdaxiləsi olmayıb. Əlbəttə ki, internet istifadəçiləri, botlar və iblislər haqqında danışmasaq. "ChatGPT" (süni intellektli çatbot) tərəfindən daha yaxşı yazılacaq əsassız dedi-qodu yaymaq qabiliyyətinizi əlinizdən almaq istəməsəm də, siz bu hekayəni basdırmalı və bütün günahsız insanlardan əl çəkməlisiniz".

Aktrisa münasibətlərini hansı səbəbdən sonlandırdığını isə açıqlamayıb.

Qeyd edək ki, reperin Foksa gitaraçı Sofi Lloydla xəyanət etdiyi deyilirdi. Bir neçə gün əvvəl Meqan nişanlısıyla olan bütün fotolarını sosial şəbəkədən silmişdi.

Milli.Az


Etiketlər:  Münasibətimizə üçüncü şəxsin müdaxiləsi olmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ