Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Vəsiyyəti olmadı, çünki…” - Ramiz Novruzun qardaşı danışdı

“Vəsiyyəti olmadı, çünki…” -  Ramiz Novruzun qardaşı danışdı

Tarix: 23 Fevral 2023 09:40

"Min nəfərlik kənddən çıxmışdı, 10 milyonluq bir məhəbbət, Azərbaycanın sevgisini qazandı. Xoşbəxt bir ölümdür, həm də çox acı...".

Milli.Az xəbər verir ki, bu sözləri ötən gün dəfn edilən mərhum Xalq artisti Ramiz Novruzun böyük qardaşı Maqsud Novruzov OLAY-a açıqlamasında deyib.

Qardaşı ilə bağlı xatirələrini bölüşən M. Novruzov onun sənətə vurğunluğundan, ölüm qarşısında başını dik tutmasından və vəsiyyətindən söz açıb:

"Süfrəsi açıq idi... Tələbələr, bizim kənddən gələn uşaqlar onun yanında pənah tapırdılar. Sözün düzünü deyərdi, hər adam o hünəri özündə tapa bilmir. Heç vaxt ölümü sevindirmədi, həmişə özündən uzaq tutdu. Son nəfəsinə qədər dedi ki, mən salamatam, heç bir şey yoxdur. Deyirdi ki, lap lazım gəlsə, əlil arabasında çıxıb oynayacam.

Sənətə bu qədər vurğun idi. Səhnəsiz, teatrsız onun həyatı yox idi. Həkimin ciddi təkidlərinə baxmayaraq işə gedib-gəlirdi. Vəsiyyəti olmadı, çünki ölümdən uzaq qaçırdı. Ölümü qəbul etmirdi ki, vəsiyyət də etsin.. Bacımız oğlu var, onu çox sevirdi, balalarını sevirdi. Övladlarına bu qədər vurğun adam az olar".

Milli.Az


Etiketlər:  Vəsiyyəti olmadı çünki Ramiz Novruzun qardaşı danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ