Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"O, Azərbaycan Ordusunun irəlilədiyini biləndə dedi ki..."

Tarix: 24 Fevral 2023 23:57

Biz danışıqlarda uğursuzluğa düçar olduğumuz üçün özümüz bu müharibəni üzərimizə gətirdik. Biz hərbi balansı saxlaya bilmədiyimiz üçün müharibəni uduzduq.

Milli.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

"Biz müharibəni rüsvayçı şəkildə uduzduq, çünki onu çox pis apardıq", - deyə o bildirib.

Oskanyan xatırladıb ki, 1994-cü ildə atəşkəs tətbiq edildikdən sonra və 2018-ci ilə qədər nisbi sülh stabil diplomatik proses və hərbi balans sayəsində qorunub. Beləliklə, bu, birinci, ikinci, üçüncü prezidentlərin dövründə olub.

"İkinci prezidentin (Robert Köçəryan) dövründə - mən xarici işlər naziri olduğum zaman - hər dəfə diplomatik vakkum yarananda, Azərbaycan Minsk Qrupunun təklifini bir daha rədd edəndə dərhal göstəriş verilirdi ki, bütün diplomatik səylərimizi bu məsələyə yönəltək. Danışıqlarda təhlükə yaradan bir boşluq yaranmasının qarşısını almaq üçün yeni bir təklif hazırlayırdıq. Azərbaycan tərəfinin hansısa mövqedə 100 metr irəlilədiyi barədə dövlət başçısına məlumat verildikdə, onun zərərsizləşdirilməsi ilə bağlı birmənalı tapşırıqlar verilib. Bu gün bizi inandırmaq istəyirlər ki, alternativ yoxdur, deyirlər, elə vəziyyət yaranıb ki, biz Ermənistanı xilas etmək üçün Qarabağı verməliyik", - Ermənistanın keçmiş xarici işlər naziri əlavə edib. O bunu saxta tezis adlandıraraq, bu yanaşmanın öhdəsindən gəlməyi bacarmağa çağırıb:

"Deyəsən, vəziyyət ümidsizdir, lakin bu vəziyyəti indiki hakimiyyət yaradıb. Bu vəziyyətdə səlahiyyətlilər nə edə bilər? Yadınızdadırsa, Paşinyan bir məqamda demişdi: "Mən Madrid sənədini dərindən araşdırmalıyam, çünki anlamadığım çoxlu müddəalar var. Həmin günlərdə Paşinyana yaxın adamlarla görüşmək imkanım oldu. Onlardan xahiş etdim ki, Paşinyana, Madrid sənədinin müəllifinin İrəvanda olduğunu desinlər, əməkdaşlıq edək. Əgər o günlərdə Paşinyan mənə zəng etsəydi və onunla danışmaq imkanım olsaydı, ona belə bir məsləhət verərdim:

"O günlərdə xalqın geniş dəstəyi ilə sizin müəyyən əlavə güzəştlər etmək imkanınız var. Hansı ki, əvvəlki prezidentlər etmək istəmədi və ya edə bilmədi, məsuliyyəti öz üzərinə götür, bu əlavə güzəştlərə get və Qarabağ məsələsinin ermənipərəst həllinə nail ol". Madrid sənədi belə bir fürsət verirdi. Paşinyan yaxşı miras almışdı. Mən məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün onun yanında olmağa və ona dəstək olmağa hazır idim. Amma Paşinyan başqa yol tutdu, daxili parçalanma yolunu tutdu, sıfırdan başladı".

V.Oskanyan qeyd edib ki, müharibədə uduzmusansa, diplomatiyanı yeni səviyyəyə qaldırmalısan:

"Müharibədən sonra hakimiyyətimiz məhz burada səhv etdi. Diplomatiyanı ön plana çıxarıb yeni imkanlardan yararlana bilmədilər, lakin öz səhvlərinə haqq qazandırmaq yolunu tutdular".

"Bizim hakimiyyət bunun əksini etdi, dünyanı Qarabağın bizim olmadığına, Azərbaycanın ərazisi olduğuna inandırmağa getdi. Bu fəaliyyət davam edir. Ermənistanın heç bir hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıb", - Oskanyan vurğulayıb. (publika)

Milli.Az


Etiketlər:  O Azərbaycan Ordusunun irəlilədiyini biləndə dedi ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ