Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın İran istehsalı PUA-ları tükənib - Britaniya Kəşfiyyat Xidməti

Rusiyanın İran istehsalı PUA-ları tükənib - Britaniya Kəşfiyyat Xidməti

Tarix: 25 Fevral 2023 11:18

Fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava aparatlarından (PUA) istifadə etməsi ilə bağlı heç bir məlumat verilməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.

Kəşfiyyat Xidməti bildirib ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü il yanvarın sonu və fevralın əvvəlləri arasında müddətdə ən azı 24 Şahed-136 PUA-nın vurub. "PUA-lardan istifadənin olmaması, ehtimal ki, Rusiyanın hazırkı ehtiyatının tükəndiyini göstərir. Rusiya yəqin ki, tədarük axtaracaq", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirir.

Məlumatda qeyd olunur ki, bu silahlar nəzərdə tutulan hədəfləri məhv etməkdə tam uğurlu olmasa da, Rusiya çox güman ki, onları Ukraynanın hava hücumundan müdafiəsini daha effektiv Rusiya qanadlı raketlərindən yayındıra biləcək faydalı vasitələr kimi istifadə edir.

Milli.Az


Etiketlər:  Rusiyanın İran istehsalı PUA ları tükənib Britaniya Kəşfiyyat Xidməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ