Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Daha güclü şəkildə qayıdacağıq'' - Bəhlul Mustafazadə

''Daha güclü şəkildə qayıdacağıq'' - Bəhlul Mustafazadə

Tarix: 25 Fevral 2023 20:08

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə uduzaraq (0:1, penaltilər seriyası - 3:5) mübarizəni dayandırdıqları cavab oyunu ilə bağlı "İnstaqram" hesabında paylaşım edib.

Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, millisinin də üzvü olan 26 yaşlı müdafiəçi komandanın fotosunu paylaşaraq yazıb: "Bu son deyil. Biz daha güclü şəkildə qayıdacağıq".

Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında keçirilən ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab görüşündə isə "Gent" eyni hesabla qalib gəlib. Əlavə vaxtda da mərhələ adlayan tərəf müəyyənləşməyib. Bu səbəbdən penaltilər seriyasına ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən "Gent" (5:3) 1/8 finala vəsiqə qazanıb.


Etiketlər:  Daha güclü şəkildə qayıdacağıq Bəhlul Mustafazadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ