Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2023 10:15
"Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür".
Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.
"Biz bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq! Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik", - o bildirib.