Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə klubunun baş məşqçisi pulsuz işləyəcək

Türkiyə klubunun baş məşqçisi pulsuz işləyəcək

Tarix: 26 Fevral 2023 21:10

Türkiyədəki güclü zəlzələnin baş verdiyi şəhərlərdən olan İskenderunu təmsil edən eyni adlı klubun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 2-ci Liqa təmsilçisini Levent Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İskemdurun şəhərindən olan Levent Şahin kluba dəstək məqsədilə komandada pulsuz çalışacaq. 49 yaşlı mütəxəssis "İskenderun"da işləyəcəyi müddət ərzində maaş almayacaq.

Qeyd edək ki, Levent Şahin uzun müddət Türkiyə millisində və "Qalatasaray"da Fatih Terimin köməkçisi olub.

Milli.Az


Etiketlər:  Türkiyə klubunun baş məşqçisi pulsuz işləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ