Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2023 22:52
Estoniya Ukraynaya yeni hərbi yardım paketi verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Estoniyanın müdafiə naziri Hanno Pevkur Kiyevdə ukraynalı həmkarı Aleksey Reznikovla görüşündə hərbi yardım paketini açıqlayıb.
Paketə pulemyotlar, tapançalar, pilotsuz uçuş aparatları, termal kameralar, generatorlar və enerji doldurucuları daxildir.
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Estoniya Kiyevə təxminən 400 milyon avro hərbi yardım göstərib.