Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 07:22
Birləşmiş Ştatlar Rusiyanın Ukrayna Krımının qanunsuz ilhaqını heç vaxt tanımayacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Doqquz il əvvəl Rusiya Ukraynanı zəbt etdi, Krımı ələ keçirdi və beynəlxalq hüququ, Ukraynanın suverenliyini, ərazi bütövlüyünü açıq şəkildə pozdu. ABŞ Ukrayna Krım Platformasının Rusiyanın davam edən zəbtinə qlobal diqqəti cəlb etmək səylərini alqışlayır. Vaşinqton yarımadanın Rusiya tərəfindən ilhaqını tanımır və heç vaxt tanımayacaq, Krım Ukraynadır!", - məlumatda deyilir.