Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna PUA-larla atəşə tutuldu

Ukrayna PUA-larla atəşə tutuldu

Tarix: 27 Fevral 2023 10:18

Rusiya ordusu gecə saatlarından səhərə qədər Ukrayna ərazisini pilotsuz uçuş aparatlarından (PUA) atəşə tutub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı yayıb. 

Məlumata görə, Rusiya tərəfi sözügedən bu hücum zamanı İran istehsalı olan 14 ədəd "Shahed" tipli aparatdan istifadə edib. 

Bu PUA-lardan 11-i zərərsizləşdirilib. Buna baxmayaraq, hücum zamanı Xmelnitski vilayətində 1 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

Milli.Az


Etiketlər:  Ukrayna PUA larla atəşə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ