Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 22:09
Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı deyib: "Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik".