Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 07:52
FİFA "The Best" mükafatlandırma mərasimində 2022-ci ilin rəmzi komandasını da təqdim edib.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə simvolik komandaya 4 hücumçunun daxil edilməsinə qərar verilib.
Qapıçı: Tibo Kurtua ("Real", Belçika).
Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, Mərakeş), Joao Kanselo ("Bavariya"/"Mançester Siti", Portuqaliya), Vircil van Deyk ("Liverpul", Niderland).
Yarımmüdafiəçilər: Kevin De Bruyne ("Mançester Siti", Belçika), Luka Modriç ("Real", Xorvatiya), Kazemiro ("Mançester Yunayted", Braziliya).
Hücumçular: Lionel Messi (PSJ, Argentina), Kərim Benzema ("Real", Fransa), Kilian Mbappe (PSJ, Fransa), Erlinq Haaland ("Mançester Siti", Norveç).