Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda müəllim şagirdi döydü, valideyn polisə müraciət etdi

Bakıda müəllim şagirdi döydü, valideyn polisə müraciət etdi

Tarix: 28 Fevral 2023 10:48

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qaradağ RPİ-nin 38-c Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə xanım müəllim tərəfindən döyüldüyünü bildirib.

O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllim barəsində tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda müəllim şagirdi döydü valideyn polisə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ