Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda daha iki məhkum edam edildi - FOTO

İranda daha iki məhkum edam edildi - FOTO

Tarix: 28 Fevral 2023 13:24

İranda daha iki məhkum edam edilib.

Bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, Sistan və Bəlucistan əyalətinin Zahedan şəhər zindanında saxlanılan iki məhkum edam edilib.

Fevralın 27-i səhər saatlarında dar ağacından asılan Hadi Gərgic və Məhəmməd İshaq Gərgic adlı məhkumların qardaş olduqları bildirilir.

Milli.Az xəbər verir ki, İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda onların narkotik maddələrin alverində günahlandırıldıqları üçün edam olundıqlarını açıqlayıb.

Qeyd edək ki, bununla yanaşı, Həmədan şəhər həbsxanasında da iki məhkum edamqabağı hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər.

Bu edamlar barədə İran məhkəməsi və rəsmi dövlət mediası məlumat verməyib.

Milli.Az


Etiketlər:  İranda daha iki məhkum edam edildi FOTO


RƏYLƏR