Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lolitadan azərbaycanlı müğənniyə: “O heyrətamizdir” - VİDEO

Lolitadan azərbaycanlı müğənniyə: “O heyrətamizdir” - VİDEO

Tarix: 28 Fevral 2023 18:10

Azərbaycanlı müğənni Nəvai Bəkirov Rusiyanın məşhur ulduzu Lolita Milyavskaya ilə bir araya gəlib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, çəkilişlərin birində kulis arxasında Nəvai ilə görüşən Lolita azərbaycanlı həmkarı ilə yeni tanışlığını çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Milyavskaya Bəkirovdan repertuarında hitə çevrilən "Птичка" (Quş) mahnısını xüsusi olaraq onun üçün oxumasını istəyib. Nəvai isə Lolitanın bu istəyini geri çevirməyib və həmin mahnını züm-zümə edib.

Həmin anları yayımlayan L.Milyavskaya "Nəvai ilə tanış oldum. Oğlan heyrətamizdir. Səmimi və işıqlıdır. Onun bu ifasından sonra dərhal özümü quş kimi hiss etdim" şərhini yazıb.

Milli.Az


Etiketlər:  Lolitadan azərbaycanlı müğənniyə heyrətamizdir VİDEO


RƏYLƏR