Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Necə gizlədə bilib, hələ də şokdayam” - Xoşqədəm Hidayətqızı

“Necə gizlədə bilib, hələ də şokdayam” - Xoşqədəm Hidayətqızı

Tarix: 1 Mart 2023 09:55

"Artıq bu şəhərdə sevdiklərimdən biri əskikdir. O sənsən, Ellada".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün xərçəngdən vəfat edən jurnalist Ellada Mustafayeva haqda paylaşıb. Aparıcı kədərini bu sözlərlə dilə gətirib:

"Onunla yollarımız "Xəzər"də kəsişdi, elə orada da ayrıldı. Amma dostluğumuz davam etdi. Ən yaxın sirdaşım, məsləhət verənim, uğuruma sevinib, uğursuzluğuma kədərlənənim... Özümü bu qədər yalnız hiss etməmişdim, onun ölümü mənə çox pis təsir göstərdi. Axı 35 nə yaşdı ki? İstedadlı, işini sevən, ədalətli və dürüst insan! Atamın xəstəliyini bilib, çox məyus olmuşdu. Öz xəstəliyindən isə kəlimə belə kəsməyib. Necə gizlədə bilib, hələ də şokdayam. Daim üzü gülən, mənə edilən haqsızlığa kədərlənsə də, onu büruzə verməyən, səbirli olmağı məsləhət görən Elladam, sənin çox darıxacağam. Məsləhətlərini, tənqidini, uğuruma sevinib, həyəcanlanmağını... İşıqlı, nur üzlü Elladam, məkanın cənnət olsun".

Milli.Az


Etiketlər:  Necə gizlədə bilib hələ şokdayam Xoşqədəm Hidayətqızı


RƏYLƏR