Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2023 18:38
Danimarka brendi "Heliot Emil" Paris Moda Həftəsində modeli podiumda alovlandıraraq ictimaiyyəti təəccübləndirib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, həmin video "Instagram"da yayılıb.
Connected Forms adlı 2023-cü ilin payız-qış kolleksiyasının təqdimatı zamanı kürəyi və ayaqları yanan model səhnəyə çıxıb.
Dizaynerlər Julius və Viktor Juula qardaşları kolleksiyalar üzərində işləyiblər. Onlar hərbi bombardmançı gödəkçələr və kamuflyaj yük şalvarları, yüngül tekstil bədən zirehləri və texnoloji kəmərlərdən ibarət kişi geyimləri yaradırlar.
Həmin videonu təqdim edirik.