Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2023 22:40
Həbsdə olan meyxanaçı Rəşad Dağlının bir neçə il əvvəl Hacı Şahin Həsənli barədə dedikləri yenidən gündəm olub.
Sonxeber.net xəbər verir ki, meyxanaçının sözlərinə görə, Hacı Şahin illər əvvəl Yasamalda gənclərin pis vərdişlərdən uzaq durmasında böyük rol oynayıb. Müsahibə zamanı Rəşad Dağlı "Hacını görəndə günahlarımdan utanıram. Kərbəla hadisəsi dövrümüzdə olsa idi, onun yanında olmaq mənim üçün şərəfli olardı", deyə fikir bildirib.
Qeyd edək ki, İlahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında ürək tutmasından vəfat edib. (sfera.az)