Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın müdafiə naziri istefaya göndərilir, xələfinin adı açıqlanıb

Ermənistanın müdafiə naziri istefaya göndərilir,  xələfinin adı açıqlanıb

Tarix: 3 Mart 2023 11:00

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.

Sonxeber.net bildirir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazıb.

Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunur.

Qəzetdə Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.

"Müharibədən sonra məhz Abazyan Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsi, delimitasiya və demarkasiya işləri barədə danışıqlar aparıb və ortaq dil tapıb. Bu isə Paşinyan üçün önəmsiz məsələ deyil", - qəzet yazır.


Etiketlər:  Ermənistanın müdafiə naziri istefaya göndərilir xələfinin adı açıqlanıb


RƏYLƏR