Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar quru dəhlizini itirir: Krım təhlükədə... - General

Ruslar quru dəhlizini itirir: Krım təhlükədə... - General

Tarix: 3 Mart 2023 14:36

Rusiyanın "böyük hücumu" yanvarın ortalarında başladı, amma faktiki olaraq yalnız Baxmuta yönəldi.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu ukraynalı general Viktor Nazarov deyib.

Onun sözlərinə görə, bu gün Rusiyanın kifayət qədər məhdud imkanları var, ona görə də rus qoşunları yalnız Baxmuta hücum edir.

"Bu hücum çərçivəsində ruslar hətta taktiki uğur belə qazana bilməyiblər", - general bildirib.

Nazarovun fikrincə, bu, Ukraynanın əks hücumu üçün perspektivlər açır:

"Xerson və Zaporojye vilayətlərinin zəbt olunmuş rayonları azad edildikdən sonra sülh danışıqları üçün fürsət açılacaq. Rusiya quru dəhlizini itirəcək. Krımın özü də təhlükə altında olacaq. Luqansk vilayətinin şimalı da vacibdir. Orada əks-hücum Donbasın zəbt olunmuş ərazilərinə nəzarəti çətinləşdirəcək. Müharibə Rusiyanın sərhədlərinə qədər gedəcək. Ruslar bütün gücləri ilə bunun qarşısını almağa çalışırlar".


Etiketlər:  Ruslar quru dəhlizini itirir Krım təhlükədə General


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ