Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 17:35
"Musiqiçilərdən milyoner olmayıb. Söhbət sənətlə təmiz məşğul olan insanlardan gedir. Bu dəqiqə axtarsan bankda, orada-burada borcumuz-xərcimiz var. Bu yekəxana danışmaqları qoymalıyıq bir kənara".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Günün sədası" verilişində deyib.
Sənətçi həyatda dəlləkdən, ofisiantdan və şər, böhtan atan qadınlardan qorxduğunu etiraf edib:
"Həyat üç adamdan qorxuram. Birincisi dəlləkdən... Oturarsan dəlləyin qarşısında, bir balaca ağzından pivə iyi gələr. Onunla düşmənçiliyin olar, əlindəki ülgüclü şah damarını kəsər. Deyər ki, oturmuşdu, içkili idi. Şah damar kəsildisə, üç-beş dəqiqəyə yardım etmədinsə... İkincisi ofisiantdır. Yeməyi gətirənə kimi, içinə nələrsə ata bilər. Bəzi müğənnilərimizin səsi batan kimi.. Bu da var. Hələ ölümü demirəm. Üçüncüsü isə şərbaz qadından qorxuram. Şər atar üstümə".