Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 08:04
"Çin Ukraynadakı münaqişə zamanı istifadə etmək üçün Rusiyaya öldürücü silahların tədarükünün mümkünlüyü məsələsini gündəmdən çıxarmayıb".
Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
"Biz düşünmürük ki, onlar bunu gündəmdən çıxarıblar. Bütün hallarda ABŞ administrasiyası hələ də Çinin bu istiqamətdə qərar verdiyinə inanmır. Biz, əksinə, Çinin Ukraynaya özünümüdafiədə yardıma yönəlmiş addımlarını görməyə çox şad olardıq" -deyə, o bildirib.