Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2023 10:33
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətərə yola düşüb.
Sonxeber.net xəbər verir ki, 4 mart 2023-cü il tarixində Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.