Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi - FOTO

Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi - FOTO

Tarix: 5 Mart 2023 10:48

Vətən müharibəsi qazisi Qəribov Nəriman İlham oğlu vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bir həftə əvvəl komaya düşən qazimiz bu gün dünyasını dəyişib.

Onun komaya düşməsinə isə öz evinin hamamında yıxılan zaman başının yerə dəyməsi olub.

Yaxınlarının verdiyi məlumata görə, Nəriman hadisədən əvvəl Türkiyədə müalicə olunurmuş. Həmin vaxt evlərinə oğru girib və ailəsi bunu Nərimanın səhhətinə görə ondan gizlədib. Bakıya qayıdanda isə o, hadisəni öyrənib, elə həmin gün də hamamda olarkən yıxılıb.

Qeyd edək ki, Nəriman Qəribov Vətən müharibəsi zamanı könüllü şəkildə döyüşlərə iştirak edib.  Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa, uğrunda  gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıqla döyüşərək yaralanıb.

Milli.Az


Etiketlər:  Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ