Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, bir yuxudur...'' - İndoneziyaya yollanaraq, orada yaşayan azərbaycanlı müğənni - FOTO

''Bu, bir yuxudur...'' - İndoneziyaya yollanaraq, orada yaşayan azərbaycanlı müğənni - FOTO

Tarix: 7 Mart 2023 14:15

Müğənni Çingiz Mustafayev bir müddət əvvəl yenidən İndoneziyaya yollanaraq, orada yaşamağa başlayıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi orada məkanlarda çıxışlar edərək, təəssüratlarını instaqram izləyiciləri ilə bölüşür. 

Çingiz bu dəfə oradakı həyatından yazıb. O, paylaşımında "Bu yer bir yuxudur. Ancaq yatanlar onu gerçək hesab edir. Yola ağılla çıxacaqsan, sonra yolda ağıldan çıxacaqsan " sözlərini qeyd edib. 

Qeyd edək ki, Çingiz bir neçə il əvvəl yaşamaq üçün Rusiyaya köçmüş, daha sonra İndoneziyaya yollanmışdı. O, bir ildən çox Balidə yaşadıqdan sonra Bakıya qayıtmışdı. Bir müddət əvvəl isə o, yenidən İndoneziyaya yollanıb. 


Etiketlər:  yuxudur İndoneziyaya yollanaraq orada yaşayan azərbaycanlı müğənni FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ