Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minskdə Azərbaycan və Özbəkistan dəmir yolu rəhbərləri arasında görüş keçirilib

Minskdə Azərbaycan və Özbəkistan dəmir yolu rəhbərləri arasında görüş keçirilib

Tarix: 17 Oktyabr 2019 14:00

Bakı. Trend:

Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası çərçivəsində Azərbaycanla Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində ölkəmiz iri tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.

Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

“Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Minskdə Azərbaycan Özbəkistan dəmir yolu rəhbərləri arasında görüş keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ