Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Açıq-saçıq səhnələrinə görə başına iş gəldi

Açıq-saçıq səhnələrinə görə başına iş gəldi

Tarix: 10 Mart 2023 00:35

Hollivud ulduzu Şeron Stoun oğlunun qəyyumluğunu "Əsas instinkt" (1992) filmində erotik səhnəyə çəkildiyi üçün itiridiyini etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə "Table for Two" proqramında müsahibəsi əsnasında deyib. Onun sözlərinə görə, bu, onun keçmiş həyat yoldaşı Fil Bronşteyndən boşanması ilə bağlı məhkəmə zamanı baş verib.

2004-cü ildə keçirilən görüşdə cütlüyün dörd il əvvəl övladlığa götürdüyü uşaqdan anasının böyüklər üçün nəzərdə tutulan filmlərdə rol aldığını bilib-bilmədiyini soruşublar. Bundan sonra hakimin qərarı ilə Roan Cozef Bronşteynin qəyyumluğu aktrisanın eks-ərinə keçib.

"Baş verənlər ürəyimi parçaladı. Xəstəxanaya düşdüm. Mənə ürəyimin yuxarı və aşağı kameralarında əlavə ürək döyüntüləri diaqnozu qoyuldu" deyə, Stoun əlavə edib.

Milli.Az


Etiketlər:  Açıq saçıq səhnələrinə görə başına gəldi


RƏYLƏR