Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xanımını öldürməkdə ittiham olunan aktyor vəfat etdi

Xanımını öldürməkdə ittiham olunan aktyor vəfat etdi

Tarix: 10 Mart 2023 13:55

"İtirilmiş şosse" filminin aktyoru Robert Bleyk vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor ötən gün Los-Ancelesdəki evində ailəsinin əhatəsində 89 yaşında dünyasını dəyişib. Onun ölümünə ürəyi ilə bağlı problemlər səbəb olub.

Qeyd edək ki, Bleyk "Soyuq qanda" dramında baş rol canlandırdıqdan sonra şöhrət qazanmağa başlayıb. O, "Emmi" mükafatına layiq görüldüyü "Barrett" televiziya serialında da rol alıb. Aktyorun son işi 1997-ci ildə Devid Linçin rejissorluğu ilə çəkilmiş "İtirilmiş magistral" trillerindəki "Sirli Adam" rolu olub.

Bleykin karyerası haqqında səsləndirilən iddia səbəbindən dağılıb. O, 2001-ci ildə həyat yoldaşı Li Bleyki öldürməkdə ittiham edilib. Aktyor mülki məhkəmədə xanımının ölümündə günahkar bilinib və övladlarına 30 milyon dollar ödəməli olub. O, 2006-cı ildə müflis olduğuni elan edib və bir daha filmlərdə çəkilməyib.

Milli.Az


Etiketlər:  Xanımını öldürməkdə ittiham olunan aktyor vəfat etdi


RƏYLƏR