Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda sərnişin yeniyetməni qatarın altına atdı - VİDEO

Metroda sərnişin yeniyetməni qatarın altına atdı - VİDEO

Tarix: 10 Mart 2023 18:42

Moskva metrosunda sərnişinlərdən biri 15 yaşlı yeniyetməni yaxınlaşan qatarın altına itələyib.

Bu barədə martın 9-da Moskva Nəqliyyat Departamenti öz "Telegram" kanalında məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə dairəvi xəttin "Kiyevskaya" stansiyasında baş verib.

Kadrlarda kişinin qatarı gözləyən azyaşlıya arxadan necə yaxınlaşdığı və onu itələdiyi görünür.

"Metro növbətçisinin sözlərinə görə, sərnişin sağdır. Onu itələyən qanun pozucusu saxlanılıb", - deyə məlumatda bildirilib.

Moskva prokurorluğundan bildiriblər ki, günahkar 1961-ci il təvəllüdlü kişidir. Cinayətin motivləri hələlik məlum deyil.

Milli.Az


Etiketlər:  Metroda sərnişin yeniyetməni qatarın altına atdı VİDEO


RƏYLƏR