Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2023 04:45
Natalya Varley hazırda necə yaşayır?..
"Qafqaz əsiri" və bir çox başqa filmlərin ulduzu Natalya Varley son bir neçə ildə kölgədə qalmağa üstünlük verir. Özünün gözəlliyi və səmimiliyi ilə rejissorların qəlbini fəth edən aktrisanın hazırda necə yaşamasından az adam xəbərdardır.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Ekspress- qazeta" nəşri yazıb.
Maraqlıdır ki, illər sonra da Varleyi "Qafqaz əsiri"ndəki Nina adlandırırlar. Belə alınıb ki, öz yaradıcılıq yolunu sirkdən başlayan aktrisa bir rolun girovuna çevrilib. Hərçənd, Natalya Vladimirovnanın özü etiraz etməkdən yorulmur ki, filmoqrafiyada onun işləri az deyil və təkcə "Qafqaz əsiri" ilə tanınmayıb...
Lakin Varley xatirələr yazdıqdan sonra oxucuların çoxu Leonid Qaydayın çəkilişlərinə aid olan fəsillərinə diqqət yetiriblər. Hərçənd, Natalya Vladimirovna həyatının bu epizoduna o qədər də çox diqqət yetirməyib. Onun üçün birgə işlədiyi insanlar, olduğu yerlər haqqında danışmaq daha maraqlıdır. Hazırda Varley ikinci kitabını hələ də bitirə bilmir. Bu kitabında o, artıq həyatda olmayan iş yoldaşları-Alla Balter, Vladimir Kaçan, Aleksandr Belyavski və başqaları haqqında danışıb.
Varley üçün dostları ilə ünsiyyət çatışmır. O, hər növbəti oynanılan tamaşadan sonra hiss etdyi birliyin də xiffətini çəlkir. Hər dəfə dostları ilə birgə teatrdan sonra bir yerə yığışardılar. İndi belə görüşləri monastırda mənəvi hamisi əvəz edir. Ümumiyyətlə, Natalya Vladimirovna inanclı adamdır, din onun həyatında mühüm yer tutur.
"Mən Moskvadan 70 km aralıda yerləşən Zaozerye kilsəsinə öz mənəvi atam olan Serginin (Nikolayev) yanına gedirəm. Orada mənim mənəvi ailəm var, masa arxasında, süfrə başında toplaşırıq, gitaranın müşayiətilə mahnılar oxuyuruq, tostlar deyirik, şeirlər səsləndiririk. Yəni orada insanlar mənəvi ünsiyyətdə olur", - aktrisa bölüşüb.
Boş vaxtlarını Varley təkcə hobbi və ev heyvanlarına deyil, həm də doğmalarına həsr edir. Eyni zamanda, Natalya Vladimirovna kino karyerasına da son verməyib. Belə ki, 2022-ci ildə Varley və Andrey Urqantın iştirakı ilə "Sizin Lyusi xalanız" serialı işıq üzü görüb. Bunu aktrisanın özü yüksək qiymətləndirib. Amma televiziya şoularında "Qafqaz əsiri"ni nadir hallarda görmək olar.
Varleyin teatr rollarına gəldikdə, son vaxtlar bu barədə heç nə eşidilmir. Məlum olduğu kimi, uzun illər aktrisa Stanislavski Teatrında səhnədə rollar ifa efib. Bu teatrla Varley bu mədəniyyət müəssisəsində problemlər yaşanandan sonra vidalaşmalı olub. Gah çıxış edən zaman onun dəbdə olan koftası yandırılıb, gah da arxasınca şayiələr dolaşıb...Ulduzun həm də oranı tərk etməyinin yaradıcılıq səbəbləri olub.
Natalya Varley vaxtaşırı seriallarda çəkilir. Bir dəfə onu qastrollara getməyə razı salıblar. Məşqlər zamanı yeni iştirakçıya kömək edərkən, orkestrin olduğu yerə yıxılıb, boynundan xəsarət alıb. Stanislavski Teatrı dərhal Varleyin işdən çıxması barədə ərizə yazıb. Heç kim baş vermiş bədbəxt hadisənin kimin günahından olduğunu araşdırmayıb. Natalyaya heç məzuniyyət pulu da verilməyib.
"Nə vəkil? Mənim leksikonumda belə söz yoxdur. Mən öz hüquqlarımı bilməmişəm. Öz vəziyyətim haqqında düşünməyə də vaxtım olmayıb. Oğlumun səhhətində problemlər olub. Bir həftədən sonra qastrollar başa çatıb, mən Moskvaya dönmüşəm, oturub anlamışam: mənim daha nə işim, nə sağlamlığım, nə də pulum var", - Varley xatırlayıb.
Xoşbəxtlikdən, Natalya Varley tezliklə kinoda çəkilmək dəvəti alıb. Ona görə də nə o zaman, nə də bu gün aktrisa öz həyatından gileyli deyil. Ötən yay Varley 75 illik yubileyini qeyd edib. Amma pasportdakı bu rəqəm məşhur aktrisanın ovqatını korlamır.
"Mən öz nənəmi xatarlayıram, 50 yaşında ağır hərəkət edirdi. Saçları ağarmışdı, eynəksiz gözlərini qıyırdı. İndi isə... 60 yaşlı qadınlar cavan kişilərə ərə gedir. Mən nikbin notlarla bitirmək istəyirəm. Qocalıq yaşı kənara çəkilib, ona görə də mən dözəcəyəm...
Bunun üçün isə sən kimə lazım olduğunu, kimlərəsə sözünlə, işinlə, sadəcə, təbəssümünlə kömək edə biləcəyini hiss etməlisən. Mənim dostlarım, sevimli oğullarım Vasya və Saşa, nəvəm Jenya yanımdadır. Və tamaşaçılarla görüşə mən maraqlı olduğum insanlar gəlir", - Natalya Varley deyib.