Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bazar günü temperatur 25 dərəcəyədək yüksələcək - PROQNOZ

Bazar günü temperatur 25 dərəcəyədək yüksələcək - PROQNOZ

Tarix: 11 Mart 2023 12:08

Martın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.

Milli.Az


Etiketlər:  Bazar günü temperatur 25 dərəcəyədək yüksələcək PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ