Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın erməni üzü Tbilisini bombalamaqla təhdid etdi - Gürcülərin reaksiyası sərt olacaq

Rusiyanın erməni üzü Tbilisini bombalamaqla təhdid etdi - Gürcülərin reaksiyası sərt olacaq

Tarix: 11 Mart 2023 13:06

Rusiyanın "RT" dövlət telekanalının baş redaktoru Marqarita Simonyan yenə qalmaqallı açıqlaması ilə gündəm olub. Kremlin baş təbliğat ruporlarından biri Tbilisidə keçirilən etiraz aksiyalarından birinin videosunu şərh edərkən, 2008-ci ilin avqustu təkrar olunarsa Gürcüstan paytaxtına zərbə endiriləcəyi ilə hədələyib.

Simonyan da bir çox kremlyönlü təbliğatçılar kimi Gürcüstanda "xarici agent" qanununa qarşı bir neçə gündür davam edən izdihamlı etirazların guya xaricdən təsirləndiyini, məqsədin Gürcüstanı Rusiya ilə müharibəyə çəkmək olduğunu iddia edir. Simonyanın şərh etdiyi videoda etirazçılar Gürcüstanın separatçı bölgəsi - Abxaziyanın mərkəzi şəhəri Suxuminin adını xorla səsləndirirlər. Gürcüstan haqlı olaraq Abxaziyanı Rusiya tərəfindən işğal olunmuş ərazisi hesab edir. 2008-ci ilin avqustunda qısa, amma qanlı müharibədə Rusiya ordusu Gürcüstan qüvvələrini məğlub edib. Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb. Bu bölgələrdə Rusiya öz qoşunlarını saxladığına görə Gürcüstan və əksər ölkələr Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş ərazilər hesab edir. Simonyansa bildirib ki, əgər Gürcüstan bir də bu ərazilər üzərində nəzarəti qaytarmağa çalışarsa, "bu dəfə onun nazı ilə oynanmayacaq, ora heç qoşun da göndərilməyəcək, sadəcə olaraq heç nəyə məhəl qoymadan Tbilisiyə zərbə endiriləcək".

Simonyanın iddiasına görə Tbilisiyə zərbəni ən azı ona görə endirəcəklər ki, orada "Kiyev-Peçora lavrası" yoxdur və "heç kəs özünü gürcülərlə bir millət hesab etmir və Rusiya Federasiyası heç vaxt Tbilisi Rus dövləti olmayıb".

Belə götürəndə Simonyan başqa cür davrana bilməzdi. Axı ona bunun üçün yüz milyonlarla rubl ödənilir ki, o, Kremlin səsləndirə bilmədiklərini açıq şəkildə səsləndirsin. Rusiya iqtisadiyyatı Ukrayna ilə müharibə fonunda çökür. Artıq dövlət işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı məlumatlar var. Ehtiyatların "yeyilməsi" uzun müddət kifayət etməyəcək. Bütün bunların fonunda Simonyana çoxdan öyrədildiyi "üz" əmri verildi. Nəzərə alaq ki, müasir Rusiyanın sülh proqramı, keçmiş SSRİ ölkələri üçün cəlbedici proqramı yoxdur. Yalnız şantaj, ancaq təhdid. Bu, təbii ki, mümkün olan yerlərdə anti-Rusiya əhval-ruhiyyəsinin artmasına gətirib çıxarır. 

Azər Nuriyev
Milli.Az


Etiketlər:  Rusiyanın erməni üzü Tbilisini bombalamaqla təhdid etdi Gürcülərin reaksiyası sərt olacaq


RƏYLƏR