Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Türkiyə zəlzələ ölkəsidir, bu ağrı-acıları neçə ildən bir yaşamağa məcbur qalırıq” - Aydan

“Türkiyə zəlzələ ölkəsidir, bu ağrı-acıları neçə ildən bir yaşamağa məcbur qalırıq” - Aydan

Tarix: 11 Mart 2023 15:35

"İki dövlət, bir millət olduğumuz üçün ağrı-acılarımız da eynidir. Çox ağır bir dönəmdən keçirik. Türkiyənin taleyinə yazılıb bu. Türkiyə zəlzələ ölkəsidir. Bu ağrı-acıları neçə ildən bir yaşamağa məcbur qalırıq. Çoxlu insanlar həyatını itirdi, uşaqlar anasız, atasız, analar övladsız qaldı. Bütün bunlar mənim üçün çox ağır bir mənzərə idi. İnşallah ki, daha zəlzələ olmaz, insanlar sevgi ilə, qorxusuz yaşayarlar. Sizlərin də bizə dəstəyi həqiqətən də türk xalqını sevindirdi. Hər zaman var olasınız".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a özəl açıqlamasında məşhur türkiyəli aktrisa Aydan Şener deyib.

"Aktrisa olmazdan öncə Türkiyədə keçirilən gözəllik yarışmasının qalibi olmuşam. Yarışmadan sonra qısa bir vaxtda reklamlara çəkildim, dəfilələrdə iştirak etdim. Daha sonra isə serial və filmlərə dəvət aldım. Mən artıq aktrisa olmağa qərar vermişdim. İlk serialım "Küçükağa" olub. Çəkildiyim "Çalıquşu" SSRİ-də yayımlanan ilk türk serialı idi. Bu serial təklifini sevərək qəbul etmişdim. Mənə böyük şöhrət gətirdi, serialın efirə getdiyi günün səhəri artıq mən küçəyə çıxa bilmirdim. Bu şöhrət uzun illərdir ki, bitmir. Mən çox serialda, filmdə çəkilməyə can atan biri deyiləm. Mütləq şəkildə ildə bir serialda çəkiləcəyəm deyə məcburiyyətim yoxdur. Ürəyim yatan obraza həyat vermək istəyirəm" deyə aktrisa bildirib.

Məşhur aktrisa yeni çəkilən seriallardan gileyini də dilə gətirib.

"Əvvəlki seriallar 45-50 dəqiqə yayımlanırdı. İndi çəkilən serialların dəqiqəsi ikiqat çoxalıb. Hətta 90-120 dəqiqə olub. Şəxsən mən izləyəndə sıxılıram. Hələ arada gedən reklamları demirəm. Çox uzundur. Baxmayaraq ki, hamı bundan şikayət edir, amma problem hələ də həll olunmayıb. Davamlı oturub izlədiyim bir serial yoxdur. Amma aktyorlar və rejissorlar çox istedadlıdırlar" deyə aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə zəlzələ ölkəsidir bu ağrı acıları neçə ildən bir yaşamağa məcbur qalırıq Aydan


RƏYLƏR