Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 15:24
Malavidə "Freddie" tropik qasırğası və onun səbəb olduğu sel nəticəsində azı 99 nəfər ölüb.
Bu barədə yerli xilasetmə xidməti məlumat yayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Malavi Qırmızı Xaç humanitar təşkilatından bildirilib ki, qasırğa 93 nəfərin yaralanmasına, 16 nəfərin itkin düşməsinə səbəb olub.
Məlumata görə, təbii fəlakətdən 2 mindən çox insan zərər çəkib. Ölkənin iqtisadi paytaxtı Blantir şəhərinə bitişik bölgəyə digərlərindən daha çox ziyan dəyib.
Qeyd olunur ki, təbii fəlakətlə əlaqədar malavidə fövqəladə vəziyyət elan olunub.
Qonşu Mozambikin səlahiyyətliləri də qasırğa və sel səbəbindən son sutka ərzində 4 nəfərin öldüyünü bildiriblər.