Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yaxşı yaşamaq istədilər və belə oldu...”

“Yaxşı yaşamaq istədilər və belə oldu...”

Tarix: 16 Mart 2023 04:45

Əməkdar artist Ayşad Məmmədov həmkarları Rafael iskəndərov və Coşqun Rəhimov haqda danışıb.

Milli.Az yazır ki, bu barədə o, APA-ya müsahibəsi zamanı açıqlama verib. Aktyor deyib ki, adı çəkilən sənətçilərin ciddi rolları olub:

"Gənclər Teatrında işləyəndə də pyes yazmışdım. Pantomima hazırladığım da olub. Ölümə aid idi: "Həzrəti Ölüm". Sonra "Korlar" pantomimim də var idi. Pantomim festivalında onu oynayanda gürcülər elə bilmişdilər ki, biz pantomim teatrıyıq. Yəni o dərəcədə keyfiyyətli alınmışdı.

Rafael və Coşqun da orada rol almışdı. Mən sizə deyim ki, onlar ikisi də çox ciddi aktyorlardır. Sadəcə onlardan istifadə olunmadı. Çox-çox istedadlı aktyorlardır. Ciddi rolları da olub. Sadəcə zamanın axınına düşdülər, yaxşı yaşamaq istədilər və belə oldu. İndi hərə bir cür düşünür də. Adamlar başqa-başqa olur".

Milli.Az


Etiketlər:  Yaxşı yaşamaq istədilər belə oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ