Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş nazirdən qaz limiti təklifinə cavab

Baş nazirdən qaz limiti təklifinə cavab

Tarix: 17 Mart 2023 18:04

Baş nazir Əli Əsədov bu gün Milli Məclisin iclasında qaz limiti ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bildirib ki, Azərbaycanda daxili qaz tələbatı 14 milyard kubmetrə yaxındır.

Baş nazir vurğulayıb ki, Azərbaycan kifayət qədər yüksək qiymətlə qaz idxal edir: "Bununla yanaşı özü də ixrac edir. Bu, bazar iqtisadiyyatıdır".

Xatırladaq ki, bu gün iclasda çıxış edən millət vəkili Naqif Həmzəyev bildirib ki, əhalinin qaz limiti ilə bağlı narahatlığı var: "Mart ayı hələ 3-cü ay olmasına baxmayaraq artıq qaz limiti başa çatıb. Düşünürəm ki, növbəti illərdə limit məsələsi aradan qaldırılmalı, vahid tarifə keçirilməlidir". 

Milli.Az


Etiketlər:  Baş nazirdən qaz limiti təklifinə cavab


RƏYLƏR