Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

Tarix: 19 Mart 2023 20:02

Mahir Emreli futbol üzrə Azərbaycan millisindən kənarlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" klubunun hücumçusu zədə səbəbindən yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. O, ölkə çempionatının XXVI turunda "Qalatasaray"la (2:1) matçda zədələnib.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq. Hər iki qarşılaşma səfərdə baş tutacaq.

Milli.Az


Etiketlər:  Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ