Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 21:54
Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın mümkün həbsi ilə bağlı xəbərlərə görə ölkədəki vəziyyəti diqqətlə izləyir və etirazların dinc xarakter daşıyacağına ümid edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Biz həmişə mümkün qədər vəziyyəti izləyirik. Əlbəttə ki, heç bir zorakılıq istəməzdik", - Kirbi bildirib.
Onun sözlərinə görə, Bayden administrasiyası Amerikada iğtişaşların hazırlanmasına dair sübutlar görmür.
Xatırladaq ki, bir müddət əvvəl eks-dövlət başçısı martın 21-də həbsini gözlədiyini bildirərək, tərəfdarlarını mitinqlərə çıxmağa çağırmışdı.