Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmran Xan terrorizmdə ittiham olunur

İmran Xan terrorizmdə ittiham olunur

Tarix: 19 Mart 2023 22:18

Pakistan polisi ölkənin keçmiş baş naziri və müxalifətdəki "Ədalət Uğrunda Hərəkat" partiyasının sədri İmran Xana, onun 17 köməkçisinə və onlarla tərəfdarına qarşı terrorizm və digər qanun pozuntuları ittihamı irəli sürüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Assoşeyted Press" məlumat yayıb.

Məlumata görə, ittihamlar bir gün əvvəl İslamabadda Xanın kortejini müşayiət edən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə onun partiya tərəfdarları arasında toqquşmadan sonra irəli sürülüb.

Belə ki, hadisə İmran Xanın məhkəmə iclası ilə əlaqədar rayon məhkəməsinə gedərkən baş verib. 50-dən çox polis əməkdaşı yaralanıb, Xanın 59 tərəfdarı həbs edilib.

İttihamlar siyahısında terrorizm, polis əməkdaşlarına işlərinə mane olmaq, asayiş keşikçilərinə hücum etmək, polis əməkdaşlarına xəsarət yetirmək və onların həyatını təhlükəyə atmaq kimi maddələr var.

Milli.Az


Etiketlər:  İmran terrorizmdə ittiham olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ