Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəng xəstəliyinə qalib gələn futbolçu 531 gündən sonra oyuna çıxıb

Xərçəng xəstəliyinə qalib gələn futbolçu 531 gündən sonra oyuna çıxıb

Tarix: 20 Mart 2023 05:24

Xərçəng xəstəliyinə qalib gələn İngiltərənin "Bornmut" klubunun futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turunun "Aston Villa" ilə matçına təsadüf edib.

26 yaşlı uelsli yarımmüdafiəçi komandasının 0:3 hesabı ilə məğlub olduğu səfər qarşılaşmasının 79-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulub.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Devid Bruksa xərçəng xəstəliyi diaqnozu qoyulub.


Etiketlər:  Xərçəng xəstəliyinə qalib gələn futbolçu gündən sonra oyuna çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ