Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oqtay Əliyevin dəfn olunacağı YER AÇIQLANDI

Oqtay Əliyevin dəfn olunacağı YER AÇIQLANDI

Tarix: 22 Mart 2023 23:21

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, mərhumun sənət dostları, qohumları, ailə üzvləri onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.

Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib. Belə ki, O.Əliyevin idarə etdiyi "Leksus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarətlər alıb.

Milli.Az


Etiketlər:  Oqtay Əliyevin dəfn olunacağı YER AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ