Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ittihamlarını pisləyib

Aİ Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ittihamlarını pisləyib

Tarix: 23 Mart 2023 21:04

Avropa İttifaqı Rusiyanın yüksək rütbəli rəsmisinin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) və onun ev sahibi ölkəsi Hollandiyaya qarşı güc tətbiq etmək barədə qeyri-qanuni təhdidini pisləyir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin bəyanatında qeyd olunub. 

Bəyanatda qeyd olunub ki, Aİ Rusiyanın BCM-nin prokuroru və hakimlərinə qarşı elan etdiyi tədbirlərdən təəssüflənir.

"Aİ BCM-yə tam dəstəyini bir daha ifadə edir. Məhkəmənin işində iştirak edənlərə qarşı hər hansı cavab tədbiri qəbuledilməzdir. Cəzasızlığa qarşı mübarizəyə rəhbərlik edərkən BCM-nin fəaliyyəti müstəqil və qərəzsiz olmalıdır. Aİ Beynəlxalq Cinayət Məhkəməsoni ədalət mühakiməsinin gedişatına mane olmağa və beynəlxalq cinayət mühakiməsi sisteminə xələl gətirməyə yönəlmiş istənilən kənar müdaxilədən müdafiə etməyə sadiqdir. Aİ Roma Nizamnaməsinin universallığını müdafiə etməyə davam edəcək və bunu etməmiş bütün dövlətləri ən ağır cinayətlərə görə cəzasızlığa son qoymaq üçün BCM-yə qoşulmağı nəzərdən keçirməyə dəvət edir".


Etiketlər:  Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ittihamlarını pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ