Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 13:36
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Dövlət Müstəqilliyi Günü ilə bağlı Azərbaycanı təbrik edib.
Trend-in məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində qeyd edib.
Nazir yazıb: “Mən qardaş Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin