Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 15:28
“Liverpul”un baş məşqçisi Yurgen Klopp sosial şəbəkələrlə bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, İnstaqram və Facebook-dan istifadə etmədiyini söyləyib.
"Heç bir sosial şəbəkədə yoxam. Deyilənə görə, İnstagram və Facebook-da adımdan səhifə açıblar, amma bu, mən deyiləm. İnsanlara danışacaq heç nəyim yoxdut. Səhər yeməyindən şəkillərini sosial şəbəkədə paylaşan adamları başa düşmürəm. Digər insanların şəxsi həyatını izləmək mənim üçün maraqlı deyil və onlara da mənim özəl həyatım maraqlı olmamalıdır. Bizim ailədən heç kimin sosial şəbəkədə səhifəsi yoxdur. Bizim Watsap qrupumuz var - bu bizim sosial şəbəkədir" – deyə o qeyd edib.