Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur klub dağıldı

Məşhur klub dağıldı

Tarix: 18 Oktyabr 2019 16:52

İtaliyanın "Palermo"  klubu fəaliyyətini dayandırıb.

Qol.az  "Corriere dello Sport"a istinadən xəbər verir ki, Palermo məhkəməsi klubun müflis olduğunu rəsmən təsdiqləyib.

İki dəfə A seriyasında 5-ci yeri tutan komanda 2011-ci ildə ölkə kubokunun finalçısı olub. Ötən mövsümdə B seriyasında çıxış edən klub maliyyə şərtlərinə əməl etmədiyi üçün oradan kənarlaşdırılıb.

Qeyd edək ki, “Palermo” ilk olaraq 1900-cü ildə yaradılsa da, sonradan 1920, 1941-ci illərdə yenidən təsis edilib. İndiki klub isə 1987-ci ildə yaranıb.
 


Etiketlər:  Məşhur klub dağıldı


RƏYLƏR