Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya əhalisi 2050-ci ildə pik həddinə çatacaq, əsrin sonunda isə...

Dünya əhalisi 2050-ci ildə pik həddinə çatacaq, əsrin sonunda isə...

Tarix: 27 Mart 2023 22:28

Britaniyanın "New Scientist" jurnalının araşdırmasına görə, mövcud inkişaf meylləri davam edərsə, dünya əhalisi 2050-ci ildə 8,6 milyarda çatacaq. 2100-cü ildə isə bu rəqəm azalaraq 7 milyarda qədər düşə bilər.

Sonxeber.net xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, hakimiyyətlər yoxsulluğun və bərabərsizliyin azaldılmasına sərmayə qoysa, əhali sayı 2050-ci ildə 8,5 milyard həddinə çatacaq, əsrin sonunda isə 7 milyarda qədər azalma olacaq.

"Earth4All" hesabatının müəlliflərindən biri Beniamino Kalleqari, "Rəqəmlər əvvəllər düşünüldüyü kimi qorxulu olmasa belə, bu, problemimizin olmadığı anlamına gəlmir",- deyə vurğulayıb.

BMT 2022-ci ilin yayında 2080-ci ilə qədər dünya əhalisinin 10,4 milyarda çatacağına dair hesabat dərc edib.

BMT-nin 2022-ci ilin noyabrındakı məlumatına görə, dünya əhalisi 8 milyard həddini keçib.

"Earth4All" Layihə Meneceri Per Espen Stoknes bildirib ki, aşağı gəlirli ölkələrdə sürətli iqtisadi inkişafın məhsuldarlığa böyük təsiri var. (publika)


Etiketlər:  Dünya əhalisi 2050 ildə həddinə çatacaq əsrin sonunda isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ