Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 16:58
Türkiyədə 6 terrorçu saxlanılıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Türkiyənin Ağrı rayonunda silahlı hücuma hazırlaşan 6 terrorçu həbs edilib.
Əldə edilən məlumata görə, Türkiyə-İran sərhəd xəttində xidmət göstərən əsgər Ağrının Doğubayazıt rayonundakı Kanlıbaba Təpə məntəqəsində bir qrup qeyri-qanuni miqrant aşkar edib və yoxlamalar zamanı məftillərə bərkidilmiş bir bel çantası tapıb.
Təhlükəsizlik qüvvələri çantada PKK/KCK terror təşkilatı üzvünə məxsus 1 ədəd Kalaşnikov tüfəngi, 1 ədəd planşet, 2 ədəd kamuflyaj torları, 2 ədəd termal qoruyucu geyim, 1 ədəd termal silah durbin, 49 ədəd Kalaşnikov patronu və 9 ədəd tapança patronu aşkar edilib.
Terrorçuların qaldığı evdə aparılan axtarış zamanı 2 əl qumbarası, 1 tapança, 1 maqazin və 15 patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.