Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO

Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO

Tarix: 29 Mart 2023 19:32

Şimali Koreya martın 27-də yer-yer tipli taktiki ballistik raketlərdən istifadə edərək simulyasiya edilmiş nüvə partlayışı həyata keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, buraxılış Pxenyandan aralıda, şərq istiqamətində həyata keçirilib. Nüvə partlayışının imitasiyası 500 m yüksəklikdə həyata keçirilib.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi bazar ertəsi Şimali Koreyanın Yapon dənizinə iki ballistik raket atdığı barədə xəbər yayıb. Raketlər təxminən 350 km məsafə qət edib, maksimal uçuş hündürlükləri 50 km olub.

Xatırladaq ki, bir həftə əvvəl KXDR lideri Kim Çen In müharibənin qarşısını almaq üçün Şimali Koreyanın hər an nüvə silahından istifadəyə hazır olmasının vacibliyindən danışıb.

Milli.Az


Etiketlər:  Kim Çen Indan yenilik 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası FOTO


RƏYLƏR